Deputat: Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli hücuma keçiblər
17.11.2017 813 0.0 0

Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli hücuma keçiblər.

Məlumata görə, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

M.İbrahimqızı bildirib ki, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb: “Hansı ki, Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Şurası müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu ölkəmizə qəzərli mövqenin nümayişidir”.

Deputat çıxışı zamanı Milli Məclisin sədrindən Avronest PA nümayəndə heyəti adından Avropa Parlamentinə müraciət hazırlanmasını xahiş edib.

Qeyd edək ki, noyabrın 15-də Avropa Parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə erməni lobbisinin təkidi ilə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi öz əksini tapıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar