Deputat: Milli Şura martın 10-na mitinq təyin etməklə Seçki Məcəlləsinin tələblərini pozur
06.03.2018 1121 0.0 0

Milli Şura martın 10-na mitinq təyin etməklə Seçki Məcəlləsinin tələblərini pozur.

Məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Seçki Məcəlləsinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər: “Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir. Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır”.

Q.Həsənquliyev ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarı olduğunu söyləyib: “Sadəcə olaraq martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu, qanunla martın 19-dan sonra həyata keçirilməlidir”./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar