Deputat mandatından imtina edir
16.03.2022 368 0.0 0

Milli Məclisin deputatı Şahin Seyidzadə deputat mandatından imtina etməsi ilə bağlı ərizə yazıb.

Trend-in məlumatına görə, Ş.Seyidzadənin mandatından imtina ilə bağlı ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib.

Ərizəyə yaxın günlərdə MSK tərəfindən baxılması gözlənilir.

Qeyd edək ki, bu il martın 3-də Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Xatrladaq ki, sabah MSK-nın iclasının keçirilməsi nəzərdə tutulur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar