Deputat ali məktəblərə qəbulu asanlaşdırmaq təklifini irəli sürüb
13.06.2017 778 0.0 0

Milli Məclisin bu gün keçirilən iclasında deputat  Fazil Mustafa ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib.
 
Məlumata görə, deputat deyib ki, xarici ölkələrdə ali məktəblərə qəbul prosesi çox sadədir.
 
“Amma ali məktəbləri bitirmək hər kəsə müyəssər olmur. Bizdə də ali məktəbə qəbul prosesi asanlaşdırılmalıdır. Ali məktəblərdə təhsil haqqını ödəyənlər, oxusunlar. Bununla xaricə də pul axını azala bilər. Ermənistanda 92508 tələbə var. Biz adambaşına düşən tələbələrin sayına görə geri qalırıq. Ölkədə elmlər doktorları azdır. Təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yox müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla ali məktəblərə hazırlıq kursları açılsın” – deyə, o əlavə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar