Davudoğlu gedir?
05.05.2016 482 0.0 0

Baş nazir Əhməd Davudoğlunun istefası xəbərləri ilə çalxalanan Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının (AKP) konqresi başlayıb.Məlumata görə, fövqəladə konqres Bakı vaxtı ilə saat 12 radələrində başlayıb. Ə.Davudoğlu saat 12:50-də iclas keçirilən binaya gəlib. 

Fövqəladə toplantı qərarı prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlunun ötən gün keçirilən görüşündən sonra verilib. 

Ə.Davudoğlu saat 13:15 radələrində konresin qərarını açıqlamalıdır. İddiaya görə, iclasda Davudoğlunun istefa qəraraı müzakirə ediləcək.

 

    

 

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan axşam saatlarında Davudoğlu ilə görüşüb. Görüşün 1 saat 40 dəqiqə çəkməsi baş nazirin istefa verəcəyi ilə bağlı xəbərlərin sürətlə yayaılmasına səbəb olub. 

Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər. “Açıqlama olmayacaq, adi, prosedur - qəbul idi , yekunlaşdı”.


Baş nazirin bu barədə qərara verməsinə səbəb isə onun dövlət başçısı ilə arasında yaranmış anlaşılmazlıq olduğu deyilir. 20 aylıq baş nazir vəzifəsini icra edən Əhməd Davudoğlu ilə Rəcəb Tayyip Ərdoğan arasında bir neçə dəfə fikir ayrılıqları olsa da, onlar bunu çox vaxt biruzə verməməyə çalışıblar. 

Türkiyə KİV-də yer alan məlumata görə, yeni baş nazir 4 tanınmış siyasətçidən biri ola bilər. Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

        

           Berat Albayrak - Prezident Ərdoğanın kürəkəni

 


Əhməd Davudoğlu 2009 - 2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davuoğlunu baş nazir vəzifəsinə təyin edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar