Daha bir məscid partladıldı: onlarla ölü (VİDEO)
31.05.2015 906 0.0 0

Nigeriyanın şimal-şərq ştatı Bornonun inzibati mərkəzi hesab edilən Mayduquri şəhərində məscid partladılıb.

Məlumata görə, partlayış nəticəsində ən azı 26 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb. Bu barədə TASS yerli mətbuata istinadla xəbər.

Xəbərdə deyilir ki, “Boko Haram” radikal qruplaşmasına aid olan intiharçı özünü məscidin içində partladıb. Terror aktı radikallarla mübarizə aparacağını söz verən prezident Muhamməd Buxarinin inauqurasiyasından bir gün sonra baş verib.

Bundan əvvəl "Reuters" hadisə nəticəsində 18 nəfərin ölməsi barədə xəbər yaymışdı./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar