Dağlıq Qarabağda erməni əsgərinin ölümünə görə 6 nəfər həbs olunub
23.09.2016 724 0.0 0

Azərbaycanın işğal olunmuş ərazilərdə erməni əsgərinin qətlə yetirilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

 

“news.am”a istinadən verilən məlumata görə, vaxtilə Narek Patatanyanın zorakılığa məruz qaldığı məlum olub.

 

Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan bildirib ki, istintaq məlumatları əsasında 6 nəfərə ittiham irəli sürülüb.

 

Həmin şəxslər artıq həbs olunub.

 

Qeyd edək ki, N. Patatanyan sentyabrın 16-də öldürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar