D vitamininin defisiti bu ciddi pozulmalara səbəb olur
24.12.2019 646 0.0 0

D vitamini orqanizmdə bir çox proseslərə təsir etdiyindən onun çatışmazlığı müxtəlif pozulmların inkişafına yol açır.

Saglamolun.az-a istinadən bildirilir ki, D vitamininin defisiti hipertoniyanın inkişafı riskini artırır.

1. Astma xəstəliyi də orqanizmdə D vitamininin çatışmazlığı ilə əlaqələndirilir.

2. D vitamini orqanizm tərəfindən fosfor və kalsiumun mənimsənilməsini təmin edir. Bu səbəbdən orqanizmdə D vitamini azdırsa bu dişlər, oynaq və sümüklərin sağlamlığına mənfi təsir edir.

3. Araşdırmalar göstərib ki, D vitamini hüceyrələri mutasiyalardan qoruyur, xərçəngin riskini azaldır.

Xərçəng xəstəliklərindən əziyyət çəkənlərdə D vitamininin yüksək səviyyədə olması xərçəngininkişafını ləngidir. Bu xüsusilə düz bağırsaq və süd vəzi xərçənginə aiddir.ğ

4. D vitamini immun sisteminin normal işləməsi üçün çox vacibdir. D vitamininin defisiti zamanı immunitet zəifləyir və insan daha tez-tez soyuqdəymə və qripp xəstəliklərinə tutulur.

5. D vitamini orqanizmdə piylərin yığılmasına mane olur. Bu səbəbdən D vitamini orqanizmdə azdırsa piylənmənin riski də artır.

6. Güclü iltihab əleyhinə təsirə malik olan D vitamini revmatoid və psoriatrik artritin riskini azaldır. Araşdırmalar göstərib ki, revmatitdən əziyyət çəkənlərin 50%-ndə D vitamini defesi mövcuddur.

7. D vitamini şəkərli diabetin inkişafı riskini artırır.

8. D vitamininin çatışmazlığı nevroloji xəstəliklərin riskini də artırır. Sübut olunub ki, D vitamininin defisiti depressiya və Alsheymer xəstəliyinin ehtimalını artırır, yaddaş pozulmalarına səbəb olur.

D vitamini qanda təyin olunur, bunun üçün xüsusi analiz aparılır./Ölkə.Az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar