Dərman bazarında qiymətlər 20 faiz artı
24.02.2015 906 0.0 0
Mərkəzi Bankın qərarı ilə dollar və avronun manata olan nisbətdə  bahalaşması ölkənin dərman bazarından  təsirsiz  keçməyib. 
 
Ərzaq və  kənd təsərrüfatı məhsullarından fərqli olaraq bu sahədə  qiymət artımı ilə əlaqədar konkret addımlar atıldı.Bu gün səhər saatlarında Bakı və bölgələdən  bizə verilən məlumatdan sonra paytaxın bir sıra ərazılərində apteklərdə qiymətlərlə maraqladıq.Paytaxt apteklərində apardığımız araşdırmalarda satıcılar tərəfindən dərman qutularının üzərinə yeni qiymətlərin vurulmasının şahidi olduq.
  
Vəziyyətlə əlaqədar qazeta.info-nun  araşdırmasından sonra məlum oldu ki, ölkədə fəaliyyət göstərən bütün dərman firmaları qiymətlərin 20 faiz qaldıraraq bu haqda apteklərə lazımı məlumat verilib.
Əlavə olaraq bildirək ki, əldə etdiyimiz məlumatda 20 faizlik qiymət artımı ilə əlaqədar dərman firmaları əsasən işlədikləri iri apteklərdə sayım edərək   mal qalığını da müəyyən edib, lazımı hesablaşmalar aparılır.
 
Xatırlada ki, ölkədə rəsmən manatın uçuzlaşması və bundan dolayı yaranan qiymət artımının baş verməsinə baxmayaraq, aidiyyatı qrumları hələdə əmtəə bazarda ayrı-ayrı sahələrin  məhsulları üzrində   nə qədər artımın həyata keçirilə bilməsi haqda rəsmi olaraq konkret  faiz dərəcələri  bəyan etməyiblər.    
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar