Dəmir yolunda qiymətlər düşdü (FOTO)
01.05.2015 710 0.0 0

“Azərbaycan Dəmir Yolları” QSC yeni daşıma siyasətini tətbiq edilməsinə start verir.

QSC-dən verilən məllumata görə, Dəmir yolu rəhbərliyi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib.

Azərbaycan dəmir yolu dəhlizinin fəaliyyəti alternativ koridorla müqayisə olunub və daha səmərəli təşkili üçün Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıdakı qərarlar alınıb:

Yük daşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb.

Bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədi ilə mövcud tariflər aşağı salınıb. Verilmiş güzəştlər vaqon daşımalarında 35%-ə gədər, konteyner daşimalarinda isə 50%-ə qədərdir./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar