Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub
28.10.2016 498 0.0 0

Dəməşqdə  Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.

 

"RİA Novosti"yə istinadən verilən məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Məlumata əsasən, insident bu gün, Moskva vaxtı ilə saat 15:00 radələrində qeydə alınıb.

 

Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

 

Bildirilir ki, atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb. “Mərmilərdən biri diplomatik missiyanın girişinin yaxınlığına düşüb, iki mərmi isə səfirliyin hasarından 100 metr kənarda partlayıb”,-  məlumatda qeyd olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar