Dələduzluqda təqsirləndirilən müstəntiqin məhkəməsi başlayıb
10.01.2017 915 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib.

Qeyd edək ki, T. Qurbanov 6 nəfər vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb və geri qaytarmayıb. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında onun barəsində axtarış elan olunub. Daha sonra T.Qurbanov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

T. Qurbanov əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. O, Vəkillər Kollegiyasının üzvüdür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar