Dələduzluqda təqsirləndirilən keçmiş prokurora bəraət verilib
11.10.2017 565 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində bəraət hökmü çıxarılıb.

 

Baş Prokurorluqda idarə prokuroru olmuş F. Alıyev həbsdə olan şəxsə bəraət veriləcəyini vəd verərək 60 min manatdan çox pul almaqda ittiham olunub. Həmin şəxsin şikayəti əsasında araşdırma aparılıb və onun barəsində cinayət işi başlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib, barəsində həbs qətimkan tədbiri seçilməyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar