Dələduzluqda təqsirləndirilən keçmiş hakimin məhkəməsi başlayıb
22.09.2016 586 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Məlumata görə, iclasda təqsirləndirilən şəxsi anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 3-nə təyin edilib.
 

Qeyd edək ki, F. Rzayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. F. Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim, daha sonra Bakı Hərbi Məhkəməsinin icra şöbəsinin rəisi vəzifəsində çalışıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar