Dəhşətli qəza: məktəb direktoru və anası öldü-VİDEO
17.05.2016 920 0.0 0
Qaxda baş verən ağır yol qəzası nəticəsində bir ailənin iki üzvü ölüb, digər üzvü isə xəsarət alıb.

 

APA TV-nın məlumata görə, hadisə mayın 16-da saat 21:50 radələrində Şəki-Qax magistral avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Şəki rayonunun Göybulaq kənd sakini, 63 yaşlı Firudin Ziyadxan oğlu Təhməzov idarə etdiyi “Niva” markalı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yol kənarında dayanan və Qax şəhər sakini, 30 yaşlı Ruslan Ümid oğlu Muradova məxsus “Belarus” markalı traktora çırpıb. 

 

Hadisə nəticəsində “Niva” markalı avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı, Qax rayonunun İlisu kənd sakini, 57 yaşlı Xanpəri Murad qızı Muradova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər sərnişin, sürücünün qayınanası, 89 yaşlı Səlihəd Rüstəm qızı Muradova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. Sürücü Firudin Təhməzov isə Qax RMX-a yerləşdirilib.

 

Qəzaya düşən ailə Şəki rayonundan yas mərasimindən evə qayıdırmış. Qəza zamanı hadisə yerində ölən Xanpəri Muradova Qax rayonun İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur.

 

Faktla bağlı Daxili İşlər nazirliyinin (DİN) Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar