Cozef Baydenin yerişi pisləşib və öskürəyi artıb
20.11.2021 266 0.0 0

ABŞ Prezidenti Cozef Baydenin yerişi pisləşib, öskürəyi artıb.

Xarici mətbuatın məlumatına əsasən bildirək ki, bu barədə onun həkimi Kevin O Konnor bildirib.

Qeyd edək ki, Ağ Ev O Konnorun Baydenin "78 yaşlı aktiv bir kişi" olaraq qaldığını göstərən açıqlamasını yayımlayıb.

“Prezident öz vəzifələrini yerinə yetirmək üçün kifayət qədər sağlamdır, heç bir istisna və ya güzəştə getmədən bütün vəzifələrini tam yerinə yetirir”, - deyə həkim bildirib.

Eyni zamanda o, Baydenin daha tez-tez “boğazını təmizləməyə” başladığını bəyan edib. Həkim bu əlaməti çoxdan xəstədə müşahidə etdiyini, indi isə tez-tez müşahidə olunduğunu bildirib.

"Bu simptom açıq şəkildə mövcuddur və daha ətraflı müayinə tələb edir", - həkim deyib.

O Konnor, həmçinin Baydenin yerişinin keçən illə müqayisədə "hiss olunacaq qədər qeyri-çevik" olduğunu söyləyib.

ABŞ Prezidenti dünən yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə isə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Psaki Baydenin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib. "O, müayinəsinin qalan hissəsi üçün Uolter Rid Tibb Mərkəzində qalacaq", - sözçü əlavə edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar