Cozef Bayden Ukrayna ilə bağlı tapşırıq verib
20.12.2021 274 0.0 0

ABŞ Prezidenti Cozef Bayden milli təhlükəsizlik üzrə komandasına Rusiyanın Ukraynanı işğal etməsinin qarşısını almaqdan ötrü bütün mümkün addımları atmaqla bağlı tapşırıq verib.

Bildirək ki, bu barədə Ağ ev rəsmisi CNN-ə bildirib.

Onun sözlərinə görə, 2014-cü ildəki səhvlər təkrarlanmamalıdır: “Ovaxtkı addımlar Rusiyanın xüsusi dövlət şirkətlərinin ABŞ kapital bazarlarına və texnologiyalarına çıxışını məhdudlaşdırmaqla onların orta və uzunmüddətlə inkişafına əngəl olmağa hesablanmışdı. Bu gün isə durum dəyişib. İndiki addımlar Rusiya iqtisadiyyatına dərhal və ciddi zərbə vuracaq”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar