Çörəyin içindən iynə çıxıb - FOTO
01.06.2016 984 0.0 0

Quba rayon sakini Laçın Bayramovun aldığı çörəyin içindən iynə çıxıb.

Qazeta.info "Report"-un verdiyi məlumata əsasən bildirir ki, L.Bayramov çörəyi Qubada "Tək ulduz" mağazasından aldığını bildirib.

"Çörəyi yemək üçün iki yerə böldüm. Böldüyüm hissələrin içərisində iynə olduğunu gördüm", - rayon sakini deyib.

Qeyd edək ki, L.Bayramov Qubanın Digah kəndində yaşayır. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar