Çörəyi suxarı ilə əvəz edin, xəstəlikləriniz sağalacaq- Çörəkdən fərqi
31.10.2019 106 0.0 0

Suxarı, yəni çörək qurusu hələ qədimdən müharibəyə gedən döyüşçülərin strateji ərzağı olub. Çörək, yemək imkanı olmayanda, suxari ilə güc tapıblar. Suxarıda nəmin, rütubətin olmaması onun həzmini asanlaşdırır, uzun müddət toxluq verir. Dietik məhsul olaraq həm insanın çörəyə olan nəfsini təmin edir, həm də iştahı kontrol edir. Eyni zamanda çəki yaratmır. 

 

Suxarı tibb yaranandan aktiv olaraq bir çox müalicə pəhrizlərinə və qidalanma cədvəlinə daxil edilib.

 

Qazeta.info bildirir ki, Medicina.az suxarının hansı xəstəliklərdə, kimlərə faydalı olmasını araşdırıb. Məlum olub ki, o, qrip, virusdan tutmuş öd kisəsi xəstəliklərinə kimi  müsbət təsir edir.

 

Son zamanlar sənaye baxımdan suxarı istehsal edənlər qara un və yulaf unundan suxarı hazırlanmasına üstünlük verir. 

 

-Suxarı xroniki öd kisəsi və mədəaltı vəzi xəstələri üçün əvəzsizdir, hansı ki, bu xəstələrə qəti olaraq ağ un, çörək və un məmulatları tövsiyyə olunmur.

 

-Suxarı sellüloza ilə zəngindir, probiotik təsiri var, bağırsaqların mikroflorasını yaxşılaşdırır, peristaltikasını artırır. Artıq mayeni yoğun bağırsaqda özünə hopdurur, həzmi asanlaşdırır. Ona görə qəbizlik, disbakterioz, qıcıqlanmış bağırsaq sindromu, bağırsaq iltihabı olanlar suxarı yeməlidir. Bir şərtlə ki, suxarını yedikdən sonra 1-2 stəkan adi su qəbul etsinlər.

 

-Qara çörək sortundan suxarı maqniy və kalumla zəngindir, bu da orqanizmdə duz-maye balansı və ürək ritmi üçün vacibdir. 

-Eləcə də onda vacib yod vardır ki, endemik zobun qarşısını alır, tiroksin sintezini normallaşdırır

 

-Amma suxarının quru olması mədə, nazik bağırsağın incə divarını zədələyə bilər. Qastriti, xorası olanlar onu su ilə qəbul edin.

-Qara suxarı immuniteti möhkəmləndirir, amma o mədə turşuluğu yüksək olanlara olmaz

 

Mağaza suxarılarının tərkibinə qida əlavələri qatılır ki, bu da uşaq orqanizmi və xəstə insanlar üçün zərərlidir. Ona görə suxarını özünüz hazırlayın


Digər xəbərlər:
Şərhlər
avatar