Conson: `London Rusiyaya qarşı sanksiyaları artıracaq`
04.04.2022 254 0.0 0

Böyük Britaniya hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirmək və Kiyevə göstərilən hərbi dəstəyi artırmaq niyyətindədir.

Bildirək ki, bu barədə TASS agentliyi Böyük Britaniyanın Baş naziri Boris Consonun bəyanatına istinadən məlumat yayıb.

“Biz sanksiyalarımızı genişləndiririk, Ukraynaya hərbi dəstəyi və insanlara kömək etmək üçün humanitar yardım paketini artırırıq”,- deyə Conson bildirib.

Bundan əvvəl Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber Rusiya Federasiyasından enerji təchizatına tez bir zamanda embarqo qoyulmasının vacibliyinə toxunaraq sanksiyaların sərtləşdirilməsinə çağırış edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar