Con Kerrinin iranlı nəvəsi varmış...
11.04.2015 708 0.0 0

ABŞ dövlət katibinin kürəkəninin iranlı olması haqda məlumatlar yayılıb

 

 
Hazırda ABŞ dövlət katibi postu tutan və demokratların nüfuzlu senatorlarından biri olan Con Kerri barədə maraqlı məlumat yayılıb. İranla aparılan nüvə danışıqlarının əsas siması olan Con Kerrinin kürəkəninin İran əsilli olduğu haqda iddialar yayılıb.
 
İranın “fardanews” saytı yazır ki, ABŞ dövlət katibi Con Kerrinin qızı Vanessa Kerrinin həyat yoldaşı, Massaçusets ştatında neyrocərrahiyə mütəxəssisi, beyin cərrahı Bəhruz Barayan İran əsillidir. Saytın xəbərində o da bildirili rki, V.Kerri ilə iranlı beyin cərrahının tanışlığı 2005-ci ildə baş tutub, 2009-cu ildə isə onlar ailə qurublar. Hazırda Con Kerrinin “iranlı” nəvəsi də var. Fotolarda Con Kerri iranlı kürəkəni və nəvəsi ilə görüntülənib./musavat.com/
 
 
  

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar