Con Kerri, Rusiya və İranı Suriyaya quru qoşunlarının yeridilməsi ilə hədələyib
13.02.2016 585 0.0 0

“Əgər Dəməşqdəki rəhbərlik, Rusiya və İran atəşkəs barədə razılaşmaya əməl etməsə, bu, Suriyaya əlavə quru qoşunlarının yeridilməsinə səbəb ola bilər”.
 
Məlumata görə, bunu “Orient” telekanalına müsahibəsində ABŞ dövlət katibi Con Kerri deyib.
 
C. Kerri deyib ki, onlar öhdəliklərini yerinə yetirməsə, dünya ictimaiyyəti bunu sakit izləməyəcək.
 
Dövlət katibi Rusiyanı atəşkəsə əməl edilməli olduğu rayonları bombardman etməyi dayandırmağa çağırıb.
 
O, həmçinin İraqdakı “Hizbullah” döyüşçülərinin və şiə üsyançılarının Bəşər Əsəd tərəfdən münaqişədə iştirakına etiraz edib, bildirib ki, onların yeri Suriya deyil: "Onlar öz vətənlərinə qayıtmalıdırlar"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar