Çobanlar arasında dava düşüb, 4 nəfər xəsarət alıb
10.11.2017 700 0.0 0

Ağstafa rayonu ərazisində çobanlar arasında dava düşüb.APA-nın verdiyi məlumata görə, hadisə Ceyrançöl ərazisində baş verib. Çobanlar arasında baş verən dava zamanı Daşkəsən rayon sakinləri - 1983-cü il təvəllüdlü Afiz Paşayev , onun qardaşı, 1993-cü il təvəllüdlü AsimPaşayev, 1983-cü il təvəllüdlü Mahir Məmmədov, Qazax rayonunun Daş Salahlı kənd sakini 1984-cü il təvəllüdlü PərvizSüleymanov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Davanın otlaq sahəsi üstündə baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar