Çinin XİN başçısı: `ABŞ-dan qorxmuruq`
20.12.2021 284 0.0 0

“Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, bununla belə qarşılıqlı fayda verəcək və bərabərhüquqlu əməkdaşlığa da hazırdır”.

 TASS-a istinadən xəbər verilir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

“Biz qarşıdurmadan qorxmuruq, ancaq qarşılıqlı əməkdaşlığa həmişə cəhd göstərəcəyik. Əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Ancaq düşmənlikdən Çinlə yanaşı, ABŞ da ziyan görəcək”, - Van İ çinli diplomatlar üçün keçirilən simpoziumda deyib.

Onun sözlərinə görə, rəsmi Pekin bərabərhüquqlu və qarşılıqlı fayda verəcək dialoqa hazırdır: “Ümid edirik ki, ABŞ iki dövlətin liderləri arasında əldə edilən konsensusa uyğun fəaliyyət göstərəcək və öz sözünü tutacaq”.

Qeyd edək ki, bu il noyabrın 16-da ABŞ Prezidenti Cozef Baydenlə Çin sədri Si Szinpin arasında video-konfrans formatında görüşü olub. Onlar əməkdaşlığa dair məsələləri müzakirə ediblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar