Çindən gətirilən 19 ton uşaq oyuncağı müsadirə edildi - SƏBƏB?
05.12.2017 799 0.0 0

Türkiyədə Çindən gətirilən 19 ton uşaq oyuncağı İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində müsadirə edilib.

Bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verilir.

Məlumata əsasən, oyuncaqların xüsusi laboratoriya şəraitində yoxlanılması nəticəsində idxal edilən bir çox oyuncaqlarda ağır metallar və kanserogen maddələr aşkar edilib.

Laboratoriya şəraitində aparılan yoxlama nəticəsində o da bəlli olub ki, oyuncaqların rənglədilməsində istifadə olunan boya dəri və gön məmulatlarının rənglədilməsində istifadə olunur.

Bildirilir ki, ölkəyə idxal edilən oyuncaqlar qapalı şəraitdə yandırılaraq məhv ediləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar