Çin ABŞ-a qarşı yeni sanksiyalar tətbiq edib
02.12.2019 76 0.0 0

Çin ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib.

Onun sözlərinə görə, sanksiyalar NDI, HRW, "Freedom House" məşhur qeyri-hökumət təşkilatlarına da aid olunub.

Qeyd edək ki, bu, Çinin ABŞ-a cavab sanksiyasıdır. Belə ki, daha əvvəl ABŞ Honkonqda "İnsan hüquqları və demokratiyanın müdafiəsi haqqında" qanun qəbul edib. Çin XİN rəsmisi məsələyə belə münasibət bildirib: "ABŞ Çinin etirazına məhəl qoymadı. Bu, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl normalarının ciddi pozuntusu, habelə Çinin daxili işlərinə müdaxilədir"./Report/


Digər xəbərlər:
Şərhlər
avatar