Çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsi qəbul edilib
13.06.2017 625 0.0 0

 Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Məlumata görə, layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Məcəllədə dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması tələb edir.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Xatırladaq ki, layihə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında müzakirəyə çıxarılsa da, bəzi deputatlar layihənin anlaşılmaz olduğunu deyiblər. Ona görə də müzakirələrin növbəti iclasda davam etdirilməsi qərara alınıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar