Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019 441 0.0 0

Son 24 saat ərzində Çilidə iğtişaşlar zamanı 1400-dən çox insan saxlanılıb.

Məlumata görə, bu barədə "BioBio" radiostansiyası bildirib.

Məlumata əsasən, paytaxt dairəsində 614 nəfər saxlanılıb. Ölkənin qalan şəhərlərində 848 nəfər saxlanılıb.

İğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb.

Daha sonra iğtişaşlar ölkənin digər şəhərlərini də bürüyüb. Etirazlar zamanı 500-dən çox insan xəsarət alıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar