Ceyms Uorlik: İşğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır
22.10.2016 440 0.0 0

"İşğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır".
Məlumata görə, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Həmsədr vurğulayıb ki, gələcəkdə Dağlıq Qarabağın statusu haqqında məsələni həll etmək lazımdır.
C.Uorlik qeyd edib ki, status məsələsindən başqa paket çərçivəsində bir sıra məsələlər də müzakirə olunmalıdır. 
"Status-kvo qeyri-davamlıdır. Buna görə də biz bu məsələləri müzakirə etməli, effektiv işlər görməliyik", - deyə həmsədr əlavə edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar