Çempionlar Liqasının 1/8 final mərhələsi: `Roma` və `Sevilya` mərhələ adlayıb - VİDEO
14.03.2018 1193 0.0 0

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, İtaliyada "Roma" Ukrayna "Şaxtyor"unu, İngiltərədə isə "Mançester Yunayted" İspaniya "Sevilya"sını qəbul edib.

İlk görüşdə 1:2 hesabı ilə uduzan "Roma" mərhələ adlamaq üçün vacib olan 1 qolu 52-ci dəqiqədə vurub. Edin Ceko "Şaxtyor"un qapıçısı Andrey Pyatovla təkbətəkdən fərqlənib - 1:0.

79-cu dəqiqədə isə İvan Ordets qırmızı vərəqə alaraq, ukraynalıları azlıqda qoyub. Bununla da "Roma" 10 ildən sonra 1/4 finala yüksəlib.

 

Gecənin digər qarşılaşması isə gözlənilmədən "Sevilya"nın qələbəsi ilə yekunlaşıb - 2:1. Qonaq komandadan Vissam ben Yedder 74 və 78-ci dəqiqələrdə vurduğu qollarla "dubl" edib. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Romelu Lukaku təsəlli qolunu vurub. İlk oyun qolsuz yekunlaşdığı üçün "Sevilya" mərhələ adlayıb.

Qeyd edək ki, indiyədək İspaniyanın "Real Madrid”, İtaliyanın "Yuventus”, İngiltərənin "Liverpul” və "Mançester Siti” komandaları da 1/4 finala vəsiqəni təmin ediblər.

Xatırladaq ki, 1/8 final mərhələsinin son iki matçında "Beşiktaş" - "Bavariya" və "Barselona" "Çelsi" oyunları keçiriləcək.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

13 mart

23:45. "Roma” (İtaliya) – "Şaxtyor” (Ukrayna) - 1:0

Qol: Edin Ceko, 52

İvan Ordets - qırmızı vərəqə, 79 

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

İlk oyun - 1:2

23:45. "Mançester Yunayted” (İngiltərə) – "Sevilya” (İspaniya) - 1:2

Qol: Romelu Lukaku, 83 - Ben Yedder, 74. 78

Baş hakim: Danni Makkeli (Hollandiya)

İlk oyun – 0:0


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar