Çempionlar Liqası: `Barselona` `İnter`i məğlub edib
03.10.2019 518 0.0 0

İspaniyanın "Barselona" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İtaliyanın "İnter" klubunu qəbul edib.

Məlumata görə, Barselonanın "Kamp Nou" stationunda keçirilən oyun meydan sahiblərinin 2-1 hesabı ilə başa çatıb.

Hesabı üçüncü dəqiqədə "İnter" in hücumçusu Lautaro Martinez açıb. İkinci hissədə "Barselona"nın forvardı Luis Suarez dubl rəsimləşdirib (58-ci dəqiqə, 84-ci dəqiqə).

Turnir cədvəlində birinci yeri "Borussiya", ikinci yeri "Barselona" tutur, hər iki komanda hərəyə 4 xal qazanıb, "İnter" və "Slaviya" 1 xal toplayıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar