Tarix: 08.12.2016,   Saat: 07:58, Cümə axşamı.          

Çavuşoğlu: «İraqdan Türkiyəyə təhdid olarsa, quru əməliyyatı keçirəcəyik»

 "İraqdan Türkiyə təhdid olarsa, qurudan da əməliyyatlar daxil olmaqla bütün hüquqlarımızdan istifadə edəcəyik".

"Anadolu" agentliyinə istinadən xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mosulla bağlı əməliyyatları dəyərləndirərkən deyib.

"İraqın Sincar və başqa bölgələrindən bizə yönəlik təhdid artarsa, quru əməliyyatlar da daxil omaqla beynəlxalq hüquqdan doğan bütün haqlarımız və gücümüzdən istifadə edərək, hədələri dəf edəcəyik", - deyə nazir vurğulayıb.

Diplomat terrorçu PKK-nın Suriyadakı qolları "PYD" və "YPG" haqda da danışıb: "Amerikalılara söylədik, "PYD" və "YPG" Suriyanın Münbiç bölgəsindən çıxmazsa, biz onları öz imkanlarımızla çıxarmağın yolunu bilirik"

Qeyd edək ki, ötən gün Mövlud Çavuşoğlu İraqın təhlükəsizliyinin Türkiyənin təhlükəsizliyi qədər onlar üçün əhəmiyyətli olduğunu vurğulamışdı: "İraqın müxtəlif yerlərindən ölkəmizə terrorçu PKK silahlıları gəlir, hücumlar edirlər. Onlar indi də İraqın Sincar bölgəsində ikinci bir Kandil (terrorçu PKK-nın İraq ərazisindəki eyniadlı dağdakı düşərgə - "Report" ) salmaq istəyirlər. PKK qruplaşmasının orada yerləşməsinə icazə verməyəcəyik"./report/



  Bölmə: Manşet | Baxış sayı: 224 | Tarix: 25.10.2016, 14:49


Xəbərlər