Çavuşoğlu: ABŞ terroru dəstəkləyən ölkəyə çevrilə bilər
11.10.2016 527 0.0 0

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün gərəkli olmasına dair bəyanatı terrorizmə dəstəkdir. Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.  

 

"Bu baş verərsə ABŞ terroru dəstəkləyən ölkəyə çevriləcək. Biz sadəcə dostcasına xəbərdarlıq etmək istəyirik: terrorçularla əməkdaşlıq edənlər onlarla əlbirdirlər”. 

 

Qeyd edək ki, Klinton Sent-Luisdə keçirilən teledebatlar zamanı ABŞ-ın Suriya və İraqda “ən yaxın dostları” adlandırdığı  PYD terrorçularının silahlandırılması məsələsini nəzərdən keçirəcəyini vəd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar