Çavuşoğlu: `Rusiya və Ukrayna XİN başçılarının görüşünə hazırlıq görülür`
31.03.2022 251 0.0 0

“Rusiya xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitro Kulebanın görüşünə hazırlıq görülür”.

Bildirək ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Ahaber”ə müsahibəsində bildirib.

Nazir Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşündən danışaraq növbəti görüşün Sergey Lavorv və Dmitro Kuleba arasında keçiriləcəyini gözlədiklərini bildirib. Onun sözlərinə görə, bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi ehtimal olunur.

Nazir görüşlərin dəqiq tarixinin müəyyənləşmədiyini desə, bir-iki həftə ərzində baş tutacağını istisna etməyib.

O, hər iki tərəfin bir-birinin ittiham etməsini vurğulayaraq hər iki tərəfdə döyüşən muzdluların olduğunu bildirib.

Çavuşoğlu Vladimir Putinin Türkiyəyə səfərini gözlədiklərini, bunun tarixini rəsmi Moskvanın təyin edəcəyini söyləyib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar