Cavid Qurbanova ağır itki
30.12.2021 328 0.0 0

Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Kəlbəcər rayonunun keçmiş icra başçısı Qənbər Qurbanov (Şəmşiroğlu) vəfat edib.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Q.Şəmşiroğlu 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Şəmşiroğlu 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib.

Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilib.

Q.Şəmşiroğlu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atasıdır.

Allah rəhmət etsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar