Çaqinyan: Sarkisyanla Köçəryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq
09.11.2016 530 0.0 0

"Ermənistanda Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayan insanlar çoxdur".
 
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan bildirib. 
 
 
S. Çaqinyan deyib ki, əgər Serj Sarkisyan və Robert Köçəryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq: "Haaqa tribunalı da onlar üçün azdır".
 
  
Hüquq müdafiəçisi Ermənistana qayıdacağını da vurğulayıb: "Ermənistan mənim vətənimdir, işğalçılarla mübarizə aparmaq üçün mütləq Ermənistana qayıdacağam".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar