Cahangir Hacıyevin daha bir şirkəti üzə çıxdı- `Dəyirman` öz işində- FOTOFAKT
09.07.2019 656 0.0 0

Beynəlxalq Bankın keçmiş prezidenti arvadı Zamirə Hacıyeva üçün “Gulfstream Aerospace” korporasiyasından 2013-ci ildə 42,5 milyon dollarlıq “Gulfstream G550" təyyarəsini bu şirkət üzərindən sifariş edib.

Buunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk hesabında yazıb.

Məlumatda qeyd olunur ki, "bu sənədlər Cahangir Hacıyevin Londondakı BERKELEY BUSINESS LIMITED şirkətinin sənədləridir. Beynəlxalq Bankın keçmiş prezidenti arvadı Zamirə Hacıyeva üçün “Gulfstream Aerospace” korporasiyasından 2013-ci ildə 42,5 milyon dollarlıq “Gulfstream G550" təyyarəsini bu şirkət üzərindən sifariş edib. Müqaviləni BERKELEY BUSINESS LIMITED adından şirkətin hazırda Fransada yaşayan azərbaycanlı keçmiş direktoru Fərhad Rəhimov imzalayıb. O hazırda Fransada daşınmaz əmlak şirkətinin sahibidir. 
Cənab Rəhimovla bu müqavilə ilə bağlı əlaqə saxlamışam. Deyir ki, o sadəcə şirkətin icraçı direktoru kimi müqaviləyə imza atıb. 
Sənədlərə görə “Gulfstream G550" təyyarəsinin sifarişi və pulun ödənişdən sonra, yəni 2016-cı ildə şirkətin 34.297.494 funt sterlinq (təxminən 75 milyon manat) aktivləri olub. Hacıyevlərin tək bir şirkətində rəsmi bəlli olanıdır bu məbləğ.
Bu oğurluqlardan uzun illər heç kimin "xəbəri olmayıb". 
Şirkəti hazırda Kostas NIKOLAOU adlı yunan Kiprinin vətəndaşı idarə edir.
2007-2010-cu illərdə şirkətin direktoru Azərbaycan Beynəlxalq Bankından iri məbləğdə kredit çıxarıb sonradan Londonda peyda olan Fransa vətəndaşı Xəqani Bəşirov, sonrakı illərdə Cahangir Hacıyevin ən yaxın adamlarından Dhirsingh JODHUN, Elmar Bağırzadə və Fərhad Rəhimov idarə edib. 
Fərhad Rəhimov bir müddət Zamirə Hacıyevaya məxsus Mill Ride Golf Club-un direktoru vəzifəsini də icra edib. Zamirə Hacıyevaya məxsus MRGC 2013 LTD şirkəti (Qolf klubun idarəçiliyini həyata keçirir) hələ də aktivdir və hazırda icraçı direktoru rus əsilli İngiltərə vətəndaşı Marina POLIUKHOVA-dır. 
Yəni dəyirman öz işindədir...
Kimlərsə də Cahangirdən, Zamirədən məzlum obrazı düzəltməyə çalışırlar."

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

P.S. Qazeta.info bildirir ki, məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar