Cənubi Koreyanın prezidenti KXDR sakinlərini Cənuba qaçmağa çağırıb
01.10.2016 744 0.0 0


Cənubi Koraynın prezidenti Pak Kın He şənbə günü Cənubi Korayanın Silahlı Qüvvələrinin 68-ci il dönümünə həsr olunmuş tənətənəli yığıncaqda çıxış edərkən KXDR-in hərbçilərini və sakinlərini ölkədən Cənuba qaçmağa çağırıb.

Qazeta.info bu barədə Oxu.az-a istinadən xəbər verir. 

“Biz Şimali Koreyanın sakinlərinin öz arzularını həyata keçirmək üçün cığır açacağıq. Biz sizin istənilən zaman azad Koreya Respublikasına istiqamət götürməyinizi istəyirik”, - KXDR-in sakinlərinə müraciət edən Pak Kın He bildirib.  

Buna baxmayaraq o, Phenyan hakimiyyətini tənqid edib və KXDR tərəfindən hər hansı “təxribata” cavab veriləcəyini bildirib. 

“Şimali Koreya hakimiyyəti bizim vətəndaşlara qarşı hətta atom bombasını tətbiq etməklə hədələyir. Nüvə silahlarının miniatürləşdirilməsinə və dəqiqliyinin yüksəldilməsinə çalışan Phenyan hakimiyyəti, heç də nüvə sınaqlarından və raket təxribatlarından imtina etmək fikrində deyil”, - Pak Kın He bildirib. 

“Şimali Koreya təxribata əl atarsa tez və güclü cavab vermək, təxribatın necə baha başa gələcəyini dəqiq göstərmək lazımdır”, - Cənubi Koreya prezidenti bildirib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar