Cənubi Koreya prezidenti ölkədəki qalmaqlla bağlı ifadə verməyə razıdır
04.11.2016 578 0.0 0

Cənubi Koreya prezidenti Pak Kın Xe ona yaxın olan Soy Sun Sil ətrafında yaranan qalmaqal ilə bağlı yenidən üzr istəyib və ifadə verməyə hazır olduğunu bildirib.

Məlumata görə, dövlət başçısının sözlərinə görə, həqiqəti aydınlaşdırmaq üçün o, öz administrasiyasına və katibliyinə fəal şəkildə istintaqa kömək etmək göstərişi verib və özü də könüllü surətdə ifadə verməyə hazırdır.

"Lazım gələrsə, mən də prokurorluq tərəfindən istintaqa səmimi qəlbdən hazıram və hətta xüsusi araşdırmaya da razıyam", - deyə Pak Kın Xe cümə günü Cənubi Koreya televiziyası vasitəsi ilə yayımlanan xalqa müraciəti zamanı bildirib.

Qalmaqal Pak Kın Xe ilə əlaqələrindən istifadə edərək yaradılan qeyri-kommersiya fondlarından böyük həcmdə pulların mənimsənilməsində şübhəli bilinən prezidentin yaxın adamı Soy Sun Silin dövlət işlərinə cəlb olunması xəbərindən sonra qızışıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar