Cənubi Amerika sahillərində yeni tropik qasırğa təhlükəsi
17.09.2017 644 0.0 0

Atlantik okeanda, Cənubi Amerika sahilləri yaxınlığında və Karib dənizində “Mariya” tropik fırtınası formalaşıb.

 

Məlumata görə, bu barədə ABŞ Qasırğa Xəbərdarlıq Mərkəzi məlumat yayıb.

 

Hazırda fırtına saatda 32 km sürətlə qərb istiqamətdə hərəkət edir. Bununla bərabər, meteoroloqlar fırtınanın güclənəcəyi və gələn həftə qasırğaya çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər. Gələn həftənin ortalarında “Mariya” Virciniya adaları və Puerto-Rikoya çatacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar