Cəlilabadda yol qəzası - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
19.02.2017 922 0.0 0

Axşam saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Alar və Qarazəncir kəndləri arasındakı hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Məlumata görə,qəza kiçik tutumlu yük maşını ilə “BMW” markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, “BMW”nin sürücüsü və salondakı sərnişin hadisə yerində ölüb. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan biri Sabirabad rayonu, Surra kənd sakini, 25 yaşlı Yunis Yusif oğlu Əsgərovdur.

Faktla bağlı araşdırma aparılır./Report/


Digər xəbərlər:
Şərhlər
avatar