Cəbhə xəttində intensiv atışma gedir (VİDEO)
18.12.2015 742 0.0 0

Cəbhə xəttində vəziyyət gərginləşib. Bu dəqiqələrə qədər cəbhə xəttinin Tərtər istiqamətində intensiv atışma müşahidə olunur.

ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, cəbhə xəttində gərginlik bu gün də davam edib. Hazırda Tərtərin Qapanlı kəndi Ermənistan Silahlı Qüvvələri mövqeylərində 200-250 metr məsafədə yerləşir. Kənd sakinlərinin verdikləri son məlumata görə, bu gün saat 20:00 radələrində etibarən atəş səsləri eşidilməyə başlayıb.

Düşmən əsasən minaatanlardan, iriçaplı silahlardan Azərbaycan mövqelərini atəşə tutub. Atəş zamanı kənd sakinləri arasında xəsarət alan olmayıb./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar