Cəbhədəki son vəziyyətlə bağlı Müdafiə Nazirliyinin məlumatı
11.11.2016 580 0.0 0

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar