Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub - VİDEO
22.06.2017 1000 0.0 0

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən tikinti-quruculuq işləri davam edir.
Qazeta.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.
Ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.
Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar