Bütün dünyanın axtardığı bu qadın ortaya çıdı
12.02.2015 1041 0.0 0

Terror təşkilatı IŞİD-in Fransızca yayımladığı Dar al-İslam adlı jurnalda supermarket hücumunun təşkilatçısı Amedi Kulibalinin sevgilisi Hayat Bumeddiendən götürdüyü  müsahibə yer alıb.

İŞİD yaydığı bu müsahibədə bütün dünyanın axtardığı Bumeddienin "öz torpaqlarında" olduğunu açıqlayıb.
Rötersin xəbərinə görə, 9 Yanvarda Fransanın paytaxtı Parisdə bir supermarket hücum təşkil edən İŞİD silahlısı Kulibalinin sevgilisi Bumeddienin 8 Yanvarda Türkiyədən Suriyaya keçdiyi açıqlanmışdı. Parisdəki terror hücumları haqqında yazıların yer aldığı və üz səhifəsində Eyfel Qülləsini qoruyan bir əsgərin əks olunduğu jurnalda Bumeddienin adını çəkməyərək "Kulibalinin yoldaşı" ifadələrindən istifadə edildiyi yer alıb.
'Bura gələrkən heç çətinlik çəkmədim'
Bundan başqa həmin müsahibədə Bumeddien verilən "xəlifəliyə girdiyinizdə nə hiss etdiniz" sualına cavab olaraq , "Bura gələrkən heç bir çətinlik çəkmədim, Allahın qanunları ilə idarə olunan bu torpaqlarda yaşamaq gözəldir" cavabını verib.

Xatırladaq ki, Bumeddien  Parisdə həyata keçirilən məlum  hücumlar ilə  əlaqədar hər hansı bir açıqlama verməyib.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar