Bulvarda möhtəşəm atəşfəşanlıq olacaq (VİDEO)
19.03.2015 748 0.0 0

Bu gün axşam saatlarında Bulvar ərazisində konsert və atəşfəşanlıq olacaq.

ANS TV-nin məlumatına görə, bu gün paytaxtda Azərbaycan xalqının milli bayramı Novruz münasibəti ilə ümumxalq şənliyi keçirilir. Hər il olduğu kimi bu il də tədbirlərə metronun İçərişəhər stansiyasından start verilib. Novruz personajlarının iştirakı ilə hərəkət edən bayram karvanı yol boyu hərəkət edərək bulvar ərazisinə yol alıb.

Milli Park isə həmişəki ənənəyə sadiq qalaraq yenə də hər bir bölgənin adı əks olunduğu stendlər və nağıl qəhrəmanları ilə ərazini bəzədib. Stendlərin üzərini bəzəklə isə milli mətbəximiz və yerli məhsullarımızdır. Gün ərzində park ərazisində Novruzun milli atributları “Keçəl”, “Kosa” çıxış edəcək. Günün sonu isə daha maraqlı olacaq.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, burada həm bəzi məhsulların sərgisi, həm də satışı nəzərdə tutulub. 

Bayram tədbirləri növbəti günlərdə də davam edəcək./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar