Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik edib
12.09.2016 644 0.0 0

 Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətinə təbrik ünvanlayıb.
"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, təbrikdə İslam dünyasının mübarək günlərindən olan Qurban mərasiminin əhəmiyyəti vurğulanır, yüzilliklərdən bəri yaşadılan bu qiymətli ənənənin insanların birliyinə, bərabərliyinə xidmət etdiyi diqqətə çatdırılır.
Bildirilir ki, Qurban bayramı xalqımızın mənəvi-ruhani dünyasında özünəməxsus yer tutur. Tanrıya inam və etibarın sarsılmazlığını simvolizə edən bu ay insanları xeyirxah amallara çağırır, onların mənəvi rahatlığına vəsilə olur. Qurban bayramı ölkəmizin hər yerində böyük ruh yüksəkliyi ilə qeyd edilir.
“Qoy bu mübarək bayramda kəsilən qurbanlar, edilən dualar Tanrı dərgahında qəbul olunsun, xalqımızın birliyini, ölkəmizin əmin-amanlığını əbədi eləsin”, – deyə nazirin təbrikində vurğulanır.
Nazir Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs Qurban bayramı münasibətilə möhkəm cansağlığı, xoşbəxt günlər, ailə səadəti və yeni-yeni uğurlar arzulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar