Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edəcək
16.09.2016 666 0.0 0

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 23-də Biləsuvarda vətəndaşları qəbul edəcək.
 
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilə məlumata görə, qəbulda Beyləqan, Biləsuvar, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edəcək.
 
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər. 
 
Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş rayon mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar