Bu şirkət Azərbaycanda planlaşdırılan qızıl hasilatı həcmini açıqlayıb
26.09.2019 534 0.0 0

"Anglo Asian Mining" şirkəti 2019-cu ilin sonunadək Azərbaycanda 82-86 min unsiya qızıl hasil etməyi planlaşdırır.

Qazeta.info bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat veriblər.

Məlumata əsasən, şirkət daha iki ölkədə fəaliyyətə başlamağı planlaşdırır və hazırda bununla bağlı danışıqlar gedir.

2019-cu ilin birinci yarısında "Anglo Asian Mining" Azərbaycanda 34 min 394 unsiya qızıl istehsal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Bu ilin ilk 6 ayı ərzində 963 ton mis (39 faiz artım), 84,58 min unsiyaya yaxın gümüş (0,3 faiz azalma) hasil olunub.

Qeyd edək ki, "Anglo Asian Mining" Azərbaycanda "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarında hasilat hüququna malikdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar