Bu rayonlarda təbii qaz olmayacaq
30.10.2019 570 0.0 0

Təmir işlərinə şərait yaradılması üçün bir neçə yerdə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Qazeta.info "Azəriqaz" İB-nin məlumatına əsasən bildirir ki, Oktyabrın 30-da qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, yeni tikilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və s. işlərlə bağlı səhər saat 09:00-dan işlər başa çatanadək Ağdaş, Cəlilabad və Göyçay rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

Saat 15:00-dan etibarən işlər başa çatanadək isə aparılacaq təmir işlərinə şərait yaradılması üçün Yeni Suraxanı və Bülbülə qəsəbələrində müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar